“Həkim olmaq mənim uşaqlıq arzum idi...”

Hit: 722
“Həkim olmaq mənim uşaqlıq arzum idi...”
Mərkəzi Gömrük Hospitalının Azərbaycan Tibb Universiteti ilə 2018-ci ilin oktyabr ayında imzaladığı ikitərəfli müqaviləyə əsasən Universitetin məzunları Hospitalda rezidentura təhsili alırlar.
 
Mərkəi Gömrük Hospitalının bütün tibb personalı  Azərbaycanda COVİD-19 xəstəliyi ilə mübarizəyə qoşularaq,  yalnız kovidli xəstələrə tibbi xidmət göstərir və eyni zamanda, onlar bu virusla mübarizədə əhalinin maarifləndirməsi işində fəal iştirak edirlər.
 
Mərkəzi Gömrük Hospitalının bütün rezidentləri də tibb heyəti ilə birlikdə çalışaraq COVİD-19 xəstələrinin müalicəsində fəal iştirak edirlər. Onların arasında Azərbaycan Tibb Universitetini 2017-ci ildə bitirmiş və 2018-ci ildən  Mərkəzi Gömrük Hospitalında Anesteziologiya və reanimasiya ixtisası üzrə rezidentura təhsili alan Asiman Saramanlı da var. 
Mərkəzi Gömrük Hospitalı pandemiya xəstəxanası kimi fəaliyyət göstərməyə başladığı gündən Asiman Saramanlı da yüksəkixtissalı reanimatoloqların rəhbərliyi altında Reanimasiya və Anesteziologiya şöbəsində ən ağır kovidli xəstələrin müalicəsində yaxından iştirak edir və xəstələrin sağalmasına öz töhfəsini verir. 
 
O, kuratoru  Reanimasiya və Anesteziologiya şöbəsinin rəisi Dr. Tural Sadıqov və Dr.Şahin Mazanov, Dr.Təranə Göyüşova kimi reanimatoloqlardan bu sahənin sirrlərini öyrənir. Həkim olmaq Asiman Saramanlının uşaqlıq arzusu olub. Bacısının həkim kimi işlədiyini gördüyü zaman xəyallarında özümü ağ xalatlı həkim kimi canlandırırdı. Budur, indi həmin illərin bəhrəsini görür. O,  Mərkəzi Gömrük Hospitalında 3-cü kurs rezidentidir.
 
Qeyd edək ki, Asiman Saramanlı 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. 2011-ci ildə Sumqayit şəhər 33 saylı orta məktəbini bitirdikdən sonra Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinə 587 bal ilə daxil olub və 2017-ci ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra 2018-ci ildə rezidenturaya qəbul olunub. 
İnanırıq ki, Hospitalın Reanimasiya və Anesteziologiya şöbəsində böyük təcrübə qazanan Asiman Satamanlı gələcəyin yüksəkixtisaslı reanimatoloqlarından biri olacaq.








Redaktorun seçimi