Mərkəzi Gömrük Hospitalın baş həkimi təltif olunub

Hit: 881
Mərkəzi Gömrük Hospitalın baş həkimi təltif olunub
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Gömrük Hospitalının baş həkimi, tibb xidməti polkovniki Elman Məmmədov tibb sahəsində əldə etdiyi nailiyyətlərə görə “Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə” döş nişanı ilə təltif olunub.
 
Döş nişanı Elman Məmmədova gömrük əməkdaşlığının inkişafında və digər dövlətlərin gömrük xidmətləri ilə əlaqələrin möhkəmləndirilməsində şəxsi əməyinə görə verilib. Döş nişanı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin 2 fevral 2021-ci il tarixli əmri ilə verilib.
 
Döş nişanı ilə təltif olunması münasibəti ilə Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədovu təbrik edir, ona möhkəm can sağlığı, peşəkar fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!








Redaktorun seçimi