Koronavirus DƏRMANLARININ qiyməti BAHALAŞACAQ

Hit: 477
Koronavirus DƏRMANLARININ qiyməti BAHALAŞACAQ
Məlumdur ki, ölkəmizdə hazırda koronavirusa yoluxmada istifadə edilən dərman preparatları var ki, insanlar virusa yoluxarkən ilkin olaraq bundan istifadə edirlər. Bu dərmanların qiymətləri elə də ucuz deyil.
 
Tarif Şurasının məlum qərarından sonra benzin və dizel yanacağında qiymət artımı, ekspertlərin təbirincə bir çox sahə və xidmətlərə öz təsirini göstərəcək. Maraqlıdır, Tarif Şurasının özünün də tənzimlədiyi sahələrdən biri olan dövlət qeydiyyatında olan dərman vasitələrinin, xüsusən də koronavirus dərmanlarının qiymətlərində artım qeydə alına bilərmi?
 
Faktor.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a iqtisadçı-ekspert Akif Nəsirli danışıb:
 
"Tarif şurası hökümətin qiymət siyasətini həyata keçirən tənzimləmə rolunu oynayır. Əgər dövlət orqanları onlara müraciət etsə ki, belə bir addımlar atsınlar, o zaman ola bilər.
 
Bu məsələdə gərək cəmiyyətin tələbləri də nəzərə alınsın. Məsələn, Səhiyyə nazirliyi, Təbib, Nazirlər Kabineti yanında Operativ Qərargah və digər qurumlar cəmiyyəti idarə edən qurumlar olduğuna görə Tarif şurasına müraciət edə bilər. Bu müraciət əsasında tam əsaslı olaraq həmin dərman preparatlarının müəyyən müddətə, yəni pandemiyanın yekunlaşmasına qədər qiymətləri aşağı salına, həmin dərmanları ölkəyə idxal edən sahibkarlara müəyyən formada subsidiya verilə bilər.
 
Yanacağın qiymətinin artması, dərmanların maya dəyərində müəyyən qədər yer tutur. Yəni daşınma xərcləri var ki, həmin xərclər artırsa, maya dəyərində də artım olacaq. Az da olsa qiymət təzyiqləri yaranır. Düzdür, dərman pereparatları əksər hallarda yüngül olur. Onları daşımaq elə də böyük məsrəf sərf etmir, amma məhsulun hər halda maya dəyərində yükdaşıma ilə əlaqəli artımı müşahidə olunur".








Redaktorun seçimi