Gömrük Hospitalının mama-ginekoloqu canlı yayımda çıxış edəcək

Hit: 955
Gömrük Hospitalının mama-ginekoloqu canlı yayımda çıxış edəcək
Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı mama-ginekoloqu  Dr. Nərmin Muradova  23 dekabr saat 12.00-da  “Hamiləlik dövründə COVİD-19 virusuna yoluxmanın riskləri” mövzusunda canlı yayımda çıxış edəcək və sizin suallarınızı cavablandıracaq. Sualları canlı yayım vaxtı və yaxud öncədən də ünvanlaya bilərsiniz!
 
Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/).  Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür.
 
Qeyd edək ki, Dr. Nərmin Muradova 2007-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsini bitirmiş, 2007-2009-cu illərdə 1 Saylı Doğum Evində mama-ginekologiya ixtisası üzrə kliniki ordinatura keçmişdir. 2009-2010-cu illərdə dövlət və özəl doğum evlərində mama-ginekoloq, 2011-2012-ci illərdə İstanbul Şişli Hamidiye Etfal Egitim və Araşdırma Hastanesinin Qadın xəstəlikləri və doğum şöbəsində mama-ginekoloq kimi çalışmış və 2010-cu ildən Mərkəzi Gömrük Hospitalında mama-ginekoloq kimi çalışır.
 
Dr. Nərmin Muradova daim öz üzərində çalışan, ixtisasını artıran həkimdir. Dünya tibb sahəsində qazanılan uğurları, tibbin yeniliklərini izləyir və öz təcrübəsini zənginləşdirir. 10-dan çox çap olunmuş elmi məqalənin müəllifi və 30-dən çox elmi konfransın iştirakçısıdır. O, yalnız son 3 il ərzində Türkiyənin İstanbul Şişli Hamidiye Etfal xəstəxanasında qadın xəstəlikləri və hamiləliyin düzgün aparılması üzrə ixtisasartıtma kursunda, İzmir şəhərində Ege Universitetinin Tibb fakültəsi tərəfindən keçirilən ginekoloji endoskopik simpoziumda, Bakı şəhərində “Mama-ginekologiyada diaqnostikanın və müalicənin aktual problemləri” təlimində və Türkiyənin İstanbul şəhərində II minimal invaziv ginekoloji cərrahiyyə konqresində iştirak etmişdir.
 
Xatırladaq ki, Mərkəzi Gömrük Hospitalının youtube kanalına abunə olmaqla, həkimlərin televiziyalarda iştirak etdikləri verilişlərdəki çıxışlarını, faydalı məsləhətlərini, müsahibələrini və canlı yayımda çıxışlarını izləyə bilərsiniz. Youtube kanalının linki: https://www.youtube.com/channel/UCop4ttAaeweLhl2XgmozH_A.
 
 
 








Redaktorun seçimi