Şamaxıda 9 yaşlı uşaq göldə batıb

Hit: 5756
Şamaxıda 9 yaşlı uşaq göldə batıb
Şamaxı rayonunda uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
 
Hadisə rayonun Mirikənd kəndi ərazisində qeydə alınıb. Rayonun Məlcək kənd sakini, 2011-ci il təvəllüdlü Mehdiyev Əlizadə Zaur oğlu başqa uşaqlarla birgə Mirikənd kəndindəki göldə çimərkən ehtiyatsızlıq edib və suda boğularaq ölüb. Onun meyidi sudan çıxarılaraq ailəsinə təhvil verilib.
 
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (APA)








Redaktorun seçimi