Kommunal xərclər silinir? - RƏSMİ CAVAB

Hit: 2736
Kommunal xərclər silinir? - RƏSMİ CAVAB
“Əgər biz beynəlxalq təcrübədən danşırıqsa, bir məqamı da qeyd etməliyik ki, ölkələr bu prosesdən çıxmaq üçün borclanmaya gedirlər".
 
Faktor.az verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev bu gün keçirilən brifinqində deyib.
 
Onun sözlərinə görə, bu borclar isə gələcək nəsillə qaytarmalıdırılar: “Azərbaycan borclanmaya getmir, öz resurslarımız kifayət qədərdir. 100-dən artıq ölkə beynəlxalq təşkilatlardan borclar almışdır”.
 
Kommunal məsələyə gəldik də isə H. Hacıyev bildirib ki, ölkələrin təcrübəsi fərqlidir: “Dövlət Vergi Xidməti tərəfindən müxtəlif formada güzəştlər edilir. Hər bir vətəndaş da etdiyi alış-veriş zamanı bu vergi güzəştlərindən istifadə edə bilərlər. Bu da dövlətimizin vətəndaşlara qayğısının növbəti təzahürüdür. Kommunal xidmətlərdən sui istifadənin olmaması üçün bu model hazırlanıb”.








Redaktorun seçimi