Bakıda avtomobildə meyit aşkarlanıb

Hit: 4589
Bakıda avtomobildə meyit aşkarlanıb
Bakının Qaradağ rayonunda avtomobil parkında dayanan “Volvo” markalı yük avtomobilindən 1 nəfərin meyiti aşkarlanıb.
 
Bu barədə Faktor.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. 
 
Qeyd edilir ki, nazirliyin "112" qaynar telefon xəttinə yük avtomobilindən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1977-ci il təvəllüdlü İqor Tasayeviçin meyitini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.








Redaktorun seçimi