Gəncədə iki nəfər bıçaqlanıb

Hit: 1040
Gəncədə iki nəfər bıçaqlanıb
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
 
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin “Ət Kombinatı” adlanan ərazisində qeydə alınıb.
 
Belə ki, həmin ərazidə iki nəfər - 1986-cı il təvəllüdlü Məmmədov Ramiz İsmayıl oğlu sağ baldırın arxa səhtinin kəsilmiş-cırılmış və Gədəbəy rayon Dəryirmandağı kənd sakini 1985-ci il təvəllüdlü Nəcəfəliyev Kamil Ələddin oğlu döş qəfəsəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
 
Hər iki xəstəyə lazımi tibbi yardım göstərilib, yaraları tikilib.
 
Vəziyyətlərinin kafi olduğu bildirilir. Onların hansı şəraitdə bıçaqlanması məlum deyil. Faktla bağlı araşdırma aparılır.








Redaktorun seçimi