Ağsuda yas mərasimi keçirənlər məsuliyyətə cəlb edildi

Hit: 846
Ağsuda yas mərasimi keçirənlər məsuliyyətə cəlb edildi
Ağsuda karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər məsuliyyətə cəlb edilib.
 
Ağsu Rayon Polis Şöbəsinə rayonun Ülgüc kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Faktor.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gəlib və orada karantin rejim qaydalarının pozulduğu aşkar edilib. Mərasim polis əməkdaşları tərəfindən dayandırılıb və orada olanlardan 10 nəfər Polis Şöbəsinə dəvət edilərək barələrində inzibati tənbeh tədbirləri görülüb. Karantin rejiminin qaydaları və tələbləri onların diqqətinə çatdırılıb.








Redaktorun seçimi