Bərdədə tədbirlər davam etdirilir

Hit: 540
Bərdədə tədbirlər davam etdirilir
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Faktor.az-a verilən məlumata görə, rayon ərazisindəki restoranların birində 15 nəfərə yaxın şəxs toplaşaraq qonaqlıq təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar. Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 6 nəfər saxlanılıb. Onlardan 5 nəfərinə protokollar tərtib olunaraq cərimə ediliblər, restoran sahibi olan 1 nəfər isə məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.
Bundan əlavə Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı şəhər ərazisində fəaliyyət göstərən ticarət və iaşə obyektlərində işləyən 4 nəfər şəxsin tibbi maskadan və digər fərdi qoruyucu vasitələrdən istifadə edilmədiyi aşkar edilmiş və onların hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə olunublar.
Bu istiqamətdə tədbirlər elan olunmuş karantin rejimi dövründə mütəmadi olaraq davam etdiriləcək.








Redaktorun seçimi