Bakıda "Sobsan" boya fabrikinin sexi yanır - VİDEO

Hit: 767
Bakıda "Sobsan" boya fabrikinin sexi yanır - VİDEO
Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.
 
FHN Mətbuat xidmətindən  verilən məlumata görə, hazırda Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerindədir.
Əlavə məlumat veriləcək.
 
***23:25
 
Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.
 
FHN-dən Faktor.az-a bildirilib ki, yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların nazirliyin müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.
 
***22:15
 
Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və nazirliyin digər aidiyyəti rəhbər şəxsləri Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində yanğının baş verdiyi əraziyə gəlib. 
 
Bu barədə Faktor.az-a FHN-dən bildirilib.
 
Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz işlər davam etdirilir.
 
***21:40
 
Bakının Binəqədi rayonunda "Sobsan" boya fabrikində baş verən yanğın zamanı 5 partlayış qeydə alınıb.
 
Partlayışların 25 tonluq çənlərdə baş verdiyi bildirilir. Buna görə də yanğın daha geniş ərazini əhatə edib.
 
Qeyd edilir ki, daha bir neçə çəndə partlayışın baş verməsi gözlənilir.
 
Hazırda əraziyə Bakı şəhər üzrə 4 rayonun yanğından mühafizə bölmələri cəlb edilib. Əraziyə bir neçə təcili yardım maşını gətirilib. İlkin məlumata görə, hadisə zamanı 4 nəfər tüstüdən zəhərlənib.
 
***20:32
 
Bakıda boya fabrikində yanğın başlayıb.
Hadisə Binəqədi rayonunda qeydə alınıb.
 
Belə ki, 7-ci mikrorayon ərazisindəki "Sobsan" boya fabrikinin sexində yanğın başlayıb. 
 
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb edilib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.







Redaktorun seçimi