Xüsusi icazədən istifadə edən şəxslər saxlanıldı

Hit: 642
Xüsusi icazədən istifadə edən şəxslər saxlanıldı
Xüsusi icazədən istifadə edən şəxslər saxlanıldılar
 
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən iki şəxs saxlanılıb. Araşdırmalarla onların Sumqayıt şəhər sakinləri Samir Dadaşov və Elçin Abdullayev olduqları müəyyən edilib.
 
Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf ediblər. Məlum olub ki, həmin şəxslər yaşadıqları ərazini icazə sistemində Elçin Abdullayevin adına mebel ustası kimi qeydiyyata alınan və ölkə ərazisi üzrə hərəkət etməyə icazə verin sənəd vasitəsi ilə tərk edərək Qubaya gəliblər və burada oğurluq hadisəsini törədiblər.
 
Qeyd olunan faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.








Redaktorun seçimi