Qazaxda nişan mərasimi etmək istəyən şəxslər saxlanıldı

Hit: 572
Qazaxda nişan mərasimi etmək istəyən şəxslər saxlanıldı
İyul ayının 3-də Qazax Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən “Sərin Göl” restoranında nişan mərasimin keçirliməsi barədə məlumat daxil olub.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Faktor.az-a verilən məlumata görə, dərhal RPŞ-nin  əməkdaşları adıçəkilən restorana gələrək nişan mərasimini dayandırıb, obyekt sahibi və digər qonaqlar saxlanılaraq polis şöbəsinə gətirilib.
 
Şöbədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, rayon sakini Tahir Muradov obyektin sahibi, əvvəllər məhkum olunmuş, Tahir Novruzov ilə əvvəlcədən danışaraq restoranda nişan mərasimi keçirmələri barədə razılığa gəliblər.
 
15 nəfər məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.
 
Restoran sahibi T. Novruzov barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.








Redaktorun seçimi