Tibbi maskadan istifadə etməyən şəxslər cərimələnib

Hit: 424
Tibbi maskadan istifadə etməyən şəxslər cərimələnib
Ağsuda avtobusda tibbi maskadan istifadə etməyən şəxslər cərimələnib
 
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman Şamaxı rayonu istiqamətində hərəkətdə olan “Mercedes” markalı mikroavtobusu saxlayarkən sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi, eləcə də ara məsafəsini gözləmədən əyləşdikləri müəyyən edilib. Sabirabaddan Ağsu və Şamaxı rayonlarına gəzmək məqsədilə gələn gənclərə tibbi maskadan istifadənin zəruri olduğu və ölkədə elan edilmiş karantin rejimi ilə əlaqədar olaraq sosial izolyasiya qaydalarına riayət etmələrinin vacibliyi diqqətə çatdırılıb. Sürücü və sərnişinlər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.
 








Redaktorun seçimi