Siqaretləri gizli keçirmək istədilər

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda 3 fakt üzrə 5000 ədəd müxtəlif markalı siqaretlərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Belə ki, Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "MAN", "Mercedes Benz Actors" və Türkiyə Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobilləri saxlanılıb və gömrük baxışı keçirilib.
Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən, ümumilikdə 5000 ədəd "Marlboro" markalı siqaretlər aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.


