Siqaretlərin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdlərinin qarşısı alınıb

Hit: 413
Siqaretlərin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdlərinin qarşısı alınıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə külli miqdarda siqaretin bəyan edilmədən ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Faktor.az-a verilən məlumata görə hər iki fakt idarənin "Qırmızı Körpü" gömrük postunda qeydə alınıb.

Gömrük baxışı zamanı, Türkiyə Respublikasından gələn "IVECO" markalı avtomobilin salonunda "Leader" markalı 1800 ədəd, Gürcüstan Respublikasından gələn "DAF" markalı avtomobilin salonunda isə "Marlboro" markalı 9800 ədəd siqaret aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

 








Redaktorun seçimi