Bakıda motosiklet divara çırpıldı: ölən var

Hit: 753
Bakıda motosiklet divara çırpıldı: ölən var
Bakıda motosiklet divara çırpılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Faktor.az-a verilən məlumata görə, mayın 23-də saat 18 radələrində Nərimanov rayonu M.K.Atatürk prospektində yerləşən tuneldə Şərur rayon sakini Ülvi Məmmədov idarə etdiyi “Zongshen” markalı motosikleti divara vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş motosikletçi orada ölüb.
 
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.








Redaktorun seçimi