Maşın sürməyi öyrənən qadın 13 nəfəri vurdu

Hit: 955
Maşın sürməyi öyrənən qadın 13 nəfəri vurdu
Mingəçevirdə “Opel” markalı avtomobil piyadaları vurub.
 
Hadisə şəhərin Texniki Rezin Məmulatları Zavodunun yaxınlığında baş verib. Məlumata görə, qadın sürücünün idarə etdiyi avtomobil idarəetmədən çıxaraq yolun kənarında olan piyadaları vurub. Aralarında 7 azyaşlı olan 10-a yaxın piyada xəstəxanaya yerləşdirilib. 

Qəza zamanı 10-u uşaq olmaqla 13 nəfər yaralanıb. Uşaqlardan 4-nün vəziyyəti ağırdır. 
 
Faktla bağlı araşdırma aparılır.  (Qafqazinfo)
 








Redaktorun seçimi