Bakıda “EuroHome” bazarı yenidən yanır - VİDEO - FOTOLAR

Hit: 2505
Bakıda “EuroHome” bazarı yenidən yanır - VİDEO - FOTOLAR
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.
 
FHN-dən Faktor.az-a verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
 
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
 
Əlavə məlumat veriləcək.
1
1








Redaktorun seçimi