Ağstafada güclü sel körpünü dağıdıb

Hit: 510
Ağstafada güclü sel körpünü dağıdıb
Ağstafada güclü yağış bəzi fəsadlar törədib.
 
APA-nın yerli bürosunun məlumatına görə, rayonun Yuxarı Göycəli kəndində Həsən su  çayının üzərində yerləşən körpünü sel aparıb. Körpüdən Köçü Əsgər və Eynallı, Yuxarı Göycəli ,Tatlı, Köhnə Qışlaq və Yaradullu kəndlərinin sakinləri istifadə edirlər.
 
Hazırda aidiyyəti qurumların nümayəndələri hadisə yerinə cəlb olunub.
 
Bundan başqa, Yuxarı Göycəli kəndində də 2 körpünü sel aparıb.







Redaktorun seçimi