Yük maşını körpüdən aşdı

Hit: 909
Yük maşını körpüdən aşdı
Mayın 8-də günorta saat 13:00 radələrində Şəki rayonunun Kiş kəndi yaxınlığında avtomobil qəzası baş verib.
 
“Azəriqaz”dan Faktor.az-a verilən məlumata görə, qəza zamanı “ZİL” markalı yük avtomobili körpünün üzərindən aşıb və bu zaman ərazidən keçən 159 mm diametrində olan qaz xəttini də yararsız hala salıb.
 
Təhlükəsizlik tədbirləri olaraq, minə yaxın əhali qrupu abonentinin qaz təchizatı müvəqqəti dayandırılıb.
 
Bərpa işlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsinə başlanılıb.







Redaktorun seçimi