Bakının mərkəzində avtobus piyadanı vuraraq öldürdü

Hit: 1820
Bakının mərkəzində avtobus piyadanı vuraraq öldürdü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
 
“Report”un xəbərinə görə, hadisə bu gün səhər saat 07:00 radələrində, Dəniz Vağzalının qarşısında qeydə alınıb.
 
Belə ki, Niftulla Atabalayevin idarə etdiyi “Hyundai Aero Express” markalı avtobus hələlik kimliyi məlum olmayan piyadanı vurub. Nəticədə piyada hadisə yerindəcə ölüb.
 
Faktla bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.








Redaktorun seçimi