Sədərək Ticarət Mərkəzi yanğından sonra - FOTOLAR

Hit: 2062
Sədərək Ticarət Mərkəzi yanğından sonra - FOTOLAR
Sədərək Ticarət Mərkəzində baş verən yanğında 20 mağazaya ziyan dəyib.
 
Bu barədə ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim deyib. O bildirib ki, yanğın 1000 kvadrat metri əhatə edib:
 
“Yanğın səhər saatlarında başlayıb. Həmin sırada ayaqqabı və paltarlar satılırdı. Yanğın hazırda söndürülüb və səbəbi araşdırılır. İlkin ehtimala görə, hadisə elektrikdə qısaqapanma səbəbindən baş verib”.
 
K.Qədim onu da bildirib ki, zərərçəkən sahibkarlara ticarət mərkəzinin rəhbərliyi tərəfindən yardım göstəriləcək:
 
“Yanan mağazaların bəzisinin sığortası da var. Rəhbərlik zərərçəkən sahibkarları yeni anbarlarla və mağazalarla təmin edəcək. Yanan mağazalar isə bərpa ediləcək. Sahibkarlara imkan daxilində köməklik də göstəriləcək”. (Axar.az)
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi