Bakıda sərxoş sürücü 10 maşını əzdi: Qaçarkən postda tutuldu - FOTOLAR

Hit: 1797
Bakıda sərxoş sürücü 10 maşını əzdi: Qaçarkən postda tutuldu - FOTOLAR
Ötən gün saat 22:30 radələrində Bakıda yol qəzası baş verib.
 
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, sürücü, 1987-ci il təvəllüdlü Məmmədov Emil Vaqif oğlu sərxoş halda idarə etdiyi “Mercedes” markalı 10-SL-025 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan “Kia” markalı 90-LN-289, “Opel” markalı 10-US-584 dövlət qeydiyyat nişanlı və digər 8 minik avtomobilini vuraraq hadisə yerindən qaçıb. Lakin o, qısa müddətdə DİN Baş DYP İdarəsinin Ekoloji nəzarət bölüyünün Bakı-Quba yolunun 8-ci kilometrində yerləşən stasionar postunda xidmət aparan YPX inspektorları tərəfindən məcburi qaydada saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır. (Avtosfer)
1
1
1
1
1
1
1








Redaktorun seçimi