Deputatlığa namizəd - AĞIR QƏZAYA UĞRADI - FOTOLAR

Hit: 1985
Deputatlığa namizəd - AĞIR QƏZAYA UĞRADI - FOTOLAR
104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsindən deputatlığa namizəd, iş adamı Nazim Bəydəmirli ağır yol qəzasına uğrayıb.
 
Faktor.az xəbər verir ki, bu barədə deputatlığa namizəd Nazim Bəydəmirli özü məlumat verib.
 
Onun dediyinə görə, Gədəbəyin Şınıx bölgəsində İsalı kəndindən seçicilərlə görüşdən qayıdarkən, Fərzalı kəndində qəzaya uğrayıb və idarə etdiyi maşın çevrilib. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.
 
Bu səbəbdən də N. Bəydəmirli Zamanlı, Mor-Mor, Göyəmli kəndlərindəki görüşlərimizi təxirə salmalı olub.
Baş verənləri N. Bəydəmirli belə dəyərləndirib: “Deyəsən, xalqımız demiş “göz dəydi”.. Sabahdan görüşlərimiz davam etdiriləcək, bu millətin yolunda ölümə də hazır olmalıyıq.. Biz fəaliyyətimizlə qələbəni çoxdan təmin etmişik, rəsmiləşdirmək isə dövlətin işidir.. İstəsə rəsmiləşdirəcək, istəməsə yox, bu sadə həqiqəti isə hamı bilir..”.
1
1
1
1
1
1








Redaktorun seçimi