Azərbaycanda zəlzələ olub

Hit: 738
Azərbaycanda zəlzələ olub
Yanvarın 27-də Mingəçevir şəhəri ərazisində maqnitudası 3,4 olan zəlzələ baş verib.
 
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Faktor.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 05:35-də Mingəçevir stansiyasindan 10 kilometr şimal-qərbdə qeydə alınıb.
 
Ocağı 28 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.








Redaktorun seçimi