Əfsanəvi basketbolçu Kobi Brayant ölüb

Hit: 748
Əfsanəvi basketbolçu Kobi Brayant ölüb
Əfsanəvi basketbolçu Kobi Brayant ölüb.
 
Milli Basketbol Assosiasiyasının (MBA) tarixinə düşən amerikalı idmançı helikopter qəzasında həyatını itirib.
 
41 yaşlı veteran basketbolçu helikopterin ABŞ-ın Los-Anceles şəhəri yaxınlığında yerə çırpılması nəticəsində ölüb. Onunla bərabər helikopterdə olan digər dörd şəxs – K.Brayantın üç dostu və pilot da qəzanın qurbanı olub. Helikopterin yerə çırpılması nəticəsində yanğın baş verdiyi bildirilir.
 
Qeyd edək ki, karyerasını 2016-cı ildə başa vuran K.Brayant karyerası ərzində yalnız bir klubda – “Los-Anceles Leykers”də oynayıb. 5 dəfə MBA çempionu olan basketbolçu yarışın tarixində ən çox xal toplayan 4-cü bombardirdir.
 
Məlumat üçün bildirək ki, qəzada həlak olanlarla bağlı müxtəlif rəqəmlər səsləndirilsə də, Los-Anceles Şerifi Aleks Villanuevanın sözlərinə görə, helikopterdə 9 nəfər olub və onalrın hamısı ölüb.








Redaktorun seçimi