Bakıda mənzildə yanğın, üç əcnəbi tələbə öldü

Hit: 1913
Bakıda mənzildə yanğın, üç əcnəbi tələbə öldü
Bakının Səbail rayonunda 3 nəfər əcnəbi ölkənin vətəndaşı tüstüdən boğularaq ölüb.
 
FHN-dən Faktor.az-a verilən məlumatada deyilir ki, Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümümi sahəsi 36 m² olan 1 otaqlı mənzildə 1 ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb.
 
“Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 3 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
 
Qeyd edək ki, bədbəxt hadisə zamanı ölən əcnəbi tələbələrin şəxsiyyəti məlum olub.
 
Bunlar 1997-ci il təvəllüdlü Tarukki Amaya, 1995-ci il təvəllüdlü Tausi Jayavodi və 1999-cu il təvəllüdlü Malişi Tayukidir.








Redaktorun seçimi