Avtomobil yoldan çıxaraq aşdı, bir ailənin 3 üzvü öldü - FOTOLAR

Hit: 1028
Avtomobil yoldan çıxaraq aşdı, bir ailənin 3 üzvü öldü - FOTOLAR
Salyanda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
 
Hadisə Salyan rayonunun Noxudlu kəndi ərazisində qeydə alınıb. "Mitsubishi" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində maşında olan bir ailənin 5 üzvü - Məmmədova Təranə Saleh qızı, 1969-cu il təvəllüdlü Məmmədova Zemfira Seyfulla qızı, 1971-ci il təvəllüdlü Məmmədov Həsən Abdul oğlu, Hacıyev Ələsgər Aqil oğlu, Şükriyyə Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan Z.Məmmədova , T.Məmmədova, və Hacıyev Ələsgər Aqil oğlu  xəstəxanada ölüblər.
 
Faktla bağlı Salyan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)
1
1
1








Redaktorun seçimi