Ana və qızının meyiti tapıldı - Bakıda dəhşət

Hit: 760
Ana və qızının meyiti tapıldı - Bakıda dəhşət
Bakının Sabunçu rayonunda ana və qızı qətlə yetirilib.
 
Baş Prokurorluqdan Faktor.az-a verilən məlumata görə, hadisə dekabrın 13-də qeydə alınıb.
 
Bakıxanov qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadənin yaşadıqları mənzildə üzərlərində çoxsaylı kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətləri olan meyitləri aşkar edilib.
 
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.








Redaktorun seçimi