Bakıda ofisdən 40 min manat pul oğurlanıb

Hit: 433
Bakıda ofisdən 40 min manat pul oğurlanıb
Sabunçu rayonunda ofisdən və uşaq əyləncə mərkəzindən pul oğurlayan şəxs tutulub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Faktor.az-a bildiriblər ki, rayon ərazisindəki ofislərin birindən 40 min manat və uşaq əyləncə mərkəzindən pul oğurlamaqda şübhəli bilinən A.Həsənov Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
 
Dekabrın 11-də isə Bərdə rayonu ərazisindəki evlərin birindən 16 min 200 manat oğurlamaqda şübhəli bilinən ev sahibinin qonşusu R.Mehdiyev Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.
 
Hər iki faktla bağlı araşdırma aparılır.








Redaktorun seçimi