Bakıda BMW yüksək sürətlə “Park İNN” otelinə çırpılıb - FOTOLAR

Hit: 1090
Bakıda BMW yüksək sürətlə “Park İNN” otelinə çırpılıb - FOTOLAR

Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Hadisə Neftçilər prospektində baş verib.

Belə ki, 99-UX-894 dövlət nömrə nişanlı BMW markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman əvvəlcə Rəşid Behbudov küçəsinə dönən "Ford" markalı nəqliyyat vasitəsinə dəyib. Daha sonra BMW zərbənin gücündən “Park İNN” otelinin giriş qapısına çırpılıb.

“BMW”nin sürücüsü ağır xəsarət alıb, avtomobil yararsız hala düşüb. Otelə ciddi ziyan dəyib.

Hadisə ilə bağlı Neftçilər prospektində sıxlıq yaranıb.

Qeyd edək ki, BMW əvvəlcə “Auidi” markalı maşının arxa hissəsinə toxunub və hərəkətə davam edib. “Audi”nin sürücüsü isə ona saxlaması üçün xəbərdarlıq edib. (APA)
 

Bakıda BMW yüksək sürətlə “Park İNN” otelinə çırpılıb (FOTOLAR)













 

 
 

 









Redaktorun seçimi