Goranboyda evdə partlayış olub

Hit: 496
Goranboyda evdə partlayış olub
Goranboyun Kəpənəkçi kəndinin Etibar Namazoğlu küçəsində evdə baş vermiş partlayış nəticəsində yanıq xəsarətləri alan şəxslərin adları məlum olub.
 
Xəsarət alanlar Ucar rayon sakinləri - 2008-ci il təvəllüdlü Tahir Əhmədov, 2010-cu il təvəllüdlü Məftun Əhmədov və 2016-cl il təvəllüdlü Cahid Əhmədovdur.
 
Xəsarət alan üç qardaşa üz, qarın və digər bədən nahiyələrində 1-ci, 2-ci dərəcəli çoxsaylı yanıq diaqnozu qoyulub. Durumları ağır olaraq qiymətləndirilir.
 
T.Əhmədovun vəziyyəti daha ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
 
Qeyd edək ki, ailənin partlayış baş verən mənzildə kirayə yaşadığı bildirilir. (APA)








Redaktorun seçimi