Bakıda avtomobil səfirliyə məxsus nəqliyyat vasitəsinə çırpılıb - FOTOLAR

Hit: 464
Bakıda avtomobil səfirliyə məxsus nəqliyyat vasitəsinə çırpılıb - FOTOLAR

Nəsimi rayonunda yol nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb

Yol nəqliyyatı hadisəsi Həsən Əliyev küçəsində baş verib.

Belə ki, 34 yaşlı İsmayılova Fərqanə Sovet qızı yüksək sürətlə idarə etdiyi “Changan” markalı minik avtomobili ilə qəfil dönmə əməliyyatı edib. Bu zaman onun idarə etməsində olan nəqliyyat vasitəsi İraq Səfirliyinin qarşısında hərəkətsiz vəziyyətdə dayanan “Hyundai” markalı avtomobilin üzərinə aşıb. Sürücü F.İsmayılova xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, qəza zamanı ziyan dəyən “Hyundai” markalı nəqliyyat vasitəsi İraq Respublikasının Azərbaycandakı səfirliyinin xidməti avtomobilidir. (APA)
 

Bakıda avtomobil səfirliyə məxsus nəqliyyat vasitəsinə çırpılıb (FOTOLAR)








 

 
 

 









Redaktorun seçimi