Bakıda tikintidə bədbəxt hadisə baş verib

Hit: 333
Bakıda tikintidə bədbəxt hadisə baş verib
Bakıda tikintidə bədbəxt hadisə baş verib.
 
Hadisə Nəsimi rayonu, Mirəli Qaşqay və Ruhulla Axundov küçələrinin kəsişməsində yerləşən yeni tikilən binada qeydə alınıb.
 
Tikintidə fəhlə işləyən, 1985-ci il təvəllüdlü Rüstəmov Elmin Elbrus oğlu binanin 3-cü mərtəbəsindən yıxılaraq ağır xəsarətlər alıb.
 
Yaralı təcili yardımın köməyi ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
 
Müayinə zamanı ona döş qəfəsi və qarnın küt travması diaqnozu qoyulub.
 
Fakla bağlı araşdırma aparılır. (Report)








Redaktorun seçimi