Bakıda avtosalon yandı - VİDEO - FOTOLAR

Hit: 1688
Bakıda avtosalon yandı - VİDEO - FOTOLAR

Nizami rayonunda yanğın hadisəsi baş verib.  

Yanğın Mikayıl Əliyev küçəsindəki “Avtopro” avtomobil salonunda baş verib.  

Alov salonun “Servis” mərkəzində başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürmə xidmətinin texnikası, təcili yardım briqadası və Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. 

İlkin məlumata görə, elektrik naqillərindən biri qırılaraq “Mercedes” markalı avtomobilin üzərinə düşüb. 

Nəticədə nəqliyyat vasitəsi yanıb. Yanğın söndürülüb, digər avtomobillər isə alovdan mühafizə olunub. 

Salonun mühafizəçisi 1954 -cü il təvəllüdlü Həsənov Eldar Əhməd oğlu tüstüdən zəhərlənib. O, xəstəxanaya yerləşdirilib.  

Hadisənin təfərrüatı araşdırılır.  (Oxu.az)

 
 
 
 
 
 
 
 
 
 
 

Kamil Əmirli  









Redaktorun seçimi