Gödəkçənin cibində marixuana aşkarlandı

Hit: 287
Gödəkçənin cibində marixuana aşkarlandı
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında Gürcüstandan "Volkswagen Golf" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı "Mazımçay" gömrük postunda saxlanılıb.
 
Kinoloji xidmət itinin tətbiqi ilə keçirilən gömrük baxışı zamanı it avtomobilin sürücüsünə reaksiya verib. Şəxsi yoxlamadan əvvəl şifahi sorğu-sual olunan vətəndaş üzərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı onun əynindəki gödəkçənin cibində kağıza bükülü, ümumi çəkisi 1 qram olan marixuana bitkisi aşkarlanıb.








Redaktorun seçimi