Ötən gün yol qəzalarında 7 nəfər ölüb

Hit: 405
Ötən gün yol qəzalarında 7 nəfər ölüb
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 21 cinayətin üstü “isti izlər”lə açılıb. 
 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Faktor.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub. 
 
Axtarışda olduğuna görə, ümumilikdə, 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
 
Respublikanın avtomobil yollarında 6 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 3 nəfər xəsarət alıb. 
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib. 
 
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.








Redaktorun seçimi