Bakıda oğru marketin 2 işçisini bıçaqlayıb

Hit: 294
Bakıda oğru marketin 2 işçisini bıçaqlayıb
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
 
Rayonun Zabrat qəsəbəsində yerləşən "Araz" marketə oğru girib. Bu zaman naməlum şəxs market işçiləri ilə mübahisə zəmnində marketin əməkdaşları - 1986-cı il təvəllüdlü Şıxıyev Vüsal Akif oğlu və 1992-ci il təvəllüdlü İsgəndərov Məhəmməd Ələsgər oğlunu bıçaqlayaraq qaçıb.
 
Hər iki yaralı xəstəxanaya yerləşdirilib. V.Şıxıyevə döş qəfəsinin, M.İsgəndərova isə sol qabırğaların kəsilmş yarası diaqnozu qoyulub. Vəziyyətləri orta-ağır qiymətləndirilir.
 
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxslərin axtarışları istiqamətində cinayət-axtarış tədbirləri aparır. (APA)








Redaktorun seçimi