BDU-nun yataqxanasında 3 tələbə qız zəhərlənib - onlardan biri ölüb

Hit: 869
BDU-nun yataqxanasında 3 tələbə qız zəhərlənib - onlardan biri ölüb
Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib.
 
Həkimlər Mətbuat küçəsi 36 ünvanına çatdıqda otaqda huşsuz vəzuyyətdə 3 tələbə qız aşkarlayıblar.
 
Huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir.
 
Səhiyyə Nazirliyindən məlumat təsdiqlənib, qeyd edilib ki, iki tələbənin müalicələri davam edir. (Report)








Redaktorun seçimi