Bakıda beş evdən oğurluq edən keçmiş məhkumlar tutulublar

Hit: 232
Bakıda beş evdən oğurluq edən keçmiş məhkumlar tutulublar

Maştağa qəsəbəsindəki evlərin birindən kondisioner oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş - E.Əliyev və Ə.Muxtarov Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Faktor.az-a bildiriblər ki, onların daha 4 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Noyabrın 6-da Masallı rayonu ərazisindəki evlərin birindən 500 manat və 1250 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şərəfə kənd sakini, əvvəllər məhkum olunmuş R.Zeynalov Kriminalistik Tədqiqatlar İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi