Bakıda 40 min dollarlıq brilyant oğurlandı

Hit: 431
Bakıda 40 min dollarlıq brilyant oğurlandı
Bakı sakini zərgəri ona məxsus üzüyün brilyant qaşını dəyişdirməkdə günahlandırıb.
 
Faktor.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
 
Bildirilib ki, 48 yaşlı Zəminə Məhərrəmova bu barədə Sabunçu rayonu 14-cü Polis Bölməsinə müraciət edib.
 
Qadın noyabrın 6-da V.Vəliyev adlı zərgərin onun üzüyünün 40 min dollar dəyərində brilyant qaşını sirkon qaşla dəyişdiyini deyib.
 
Faktla bağlı araşdırma aparılır.








Redaktorun seçimi