“Başı kəsilən qadın”la bağlı araşdırma - BAŞLADI

Hit: 1309
“Başı kəsilən qadın”la bağlı araşdırma - BAŞLADI

Sosial şəbəkələrdə Azərbaycan ərazisində törədiliyi iddia olunan bir hadisənin videogörüntüsü yayılıb. Vidogörüntüdə yerdə qan içərisində çabalayan qızın orta məktəbin yuxarı sinif şagirdi olduğu, qeyri-qanuni hamilə qaldığı üçün Rusiyada yaşayan atasının göstərişilə əmisi tərəfindən başının kəsildiyi iddia edilir.
 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan videogörüntü ilə bağlı araşdırmalara başlanılıb:
 

“Sosial şəbəkələrdə yayılan video ilə bağlı tərəfimizdən müvafiq araşdırmalar aparılır. Hadisənin harada, nə vaxt baş verdiyi öyrənilir. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.









Redaktorun seçimi