Bakıda avtomobilin vurduğu piyada ölüb

48 dəfə oxunub
Bakıda avtomobilin vurduğu piyada ölüb
Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini Elyanə Məmişova Bakı şəhər sakini N.Ağazadə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə vurulub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, sürücü xəsarət almış piyadanı həmin qəsəbədə yaşayan qohumunun evinə aparıb. Lakin təcili tibbi yardım stansiyasının həkimləri gələnədək E.Məmişova ölüb.
 
Xızı rayonunun Giləzi kəndi ərazisində isə yolu keçən rayon sakini Ceyhun Abbasov Neftçala rayon sakini V.Əhmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
 
Hər iki hadisə ilə bağlı araşdırma aparılır.



Redaktorun seçimi