Bakıda avtomobildən külli miqdarda pul oğurlanıb

32 dəfə oxunub
Bakıda avtomobildən külli miqdarda pul oğurlanıb

Noyabrın 2-nə keçən gecə paytaxtın Nizami rayonu ərazisində “Mercedes” markalı avtomobildən pul oğurlanması barədə 25-ci polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Q.Qarayev prospektində avtomobildən şüşəni sındırmaq yolu ilə 3645 manatın oğurlandığı müəyyən edilib.

Oğurluğu törətməkdə şübhəli bilinən əcnəbi vətəndaş, əvvəllər məhkum olunmuş M.Əhmədov Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsi və Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində saxlanılıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.



Redaktorun seçimi