Bakıda quyudan meyit çıxdı

Hit: 497
Bakıda quyudan meyit çıxdı

Bakının Xəzər rayonunda su quyusundan meyit aşkar edilib.

Faktor.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda su quyusunda aşkar edilən 1987-ci il təvəllüdlü Həbibzadə Elvin Nazim oğlunun meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri E.Həbibzadənin meyitini dərinliyi, təqribən, 25 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.








Redaktorun seçimi