Beyləqanda yol qəzası: 1 yaşlı qız öldü

Hit: 282
Beyləqanda yol qəzası: 1 yaşlı qız öldü

Beyləqan rayonunun Daşburun qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Faktor.az-a verilən məlumata görə, oktyabrın 4-də saat 18 radələrində Beyləqan rayonunun Daşburun qəsəbəsi ərazisində Beyləqan şəhər sakini R.Şahkərəmlinin idarə etdiyi "Mercedes" və Yeni Mil qəsəbə sakini A.Məhərrəmovun idarə etdiyi "VAZ-2109" markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Məhərrəmovun sərnişinlərindən 1 yaşlı qızı Aysun orada ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.









Redaktorun seçimi