Məhəmmədhüseyn Şəhriyarın oğlunu maşın vurdu - Komadadır

Hit: 230
Məhəmmədhüseyn Şəhriyarın oğlunu maşın vurdu - Komadadır

Azərbaycanın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın yeganə oğlu Hadi Şəhriyar avtomobil qəzasına uğrayıb.

Faktor.az kult.az-a istinadən xəbər verir ki, bu barədə şair-yazıçı Sayman Aruz bildirib.

Onun sözlərinə görə, hadisə dünən axşam saat 23 radələrində Təbrizin "17 Şəhriver" küçəsində baş verib. H.Şəhriyar küçəni keçmək istəyərkən onu avtomobil vurub.

“Əlimizdə olan məlumata görə, Hadi Şəhriyar koma vəziyyətindədir. Dua edək ki, Şəhriyarın dəyərli yadigarının sağlamlığı bərpa olsun”, - S.Aruz qeyd edib.









Redaktorun seçimi