Siqaretləri və spirtli içkiləri avtomobildə gizlədərək keçirmək istədilər

Hit: 202
Siqaretləri və spirtli içkiləri avtomobildə gizlədərək keçirmək istədilər

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin məlumatları əsasında iki fakt üzrə siqaret və spirtli içkilərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Belə ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "VAZ-21144" və "Mercedes-Benz E220" markalı avtomobillər saxlanılıb və sürücüləri şifahi sorğu sual olunub.

Sorğu-sual zamanı hər iki vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.

Daha sonra "VAZ-21144" markalı avtomobilə "Buran" ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib. Xidməti itin reaksiyası nəticəsində nəqliyyat vasitəsinin salonunda-torpedonun içində və yük yerində 1000 ədəd "Marlboro" və 2000 ədəd "Parliament" markalı siqaretlər, "Mercedes-Benz E220" markalı avtomobilin isə arxa və ön oturacaqlarının altında 2000 ədəd "King" markalı siqaret və hər biri 1 litr olmaqla 20 ədəd üzərində "Jameson" yazılan spirtli içki aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi