Bərdədə mal-heyvan oğurlayan Ağdaş sakinləri saxlanılıb

Hit: 410
Bərdədə mal-heyvan oğurlayan Ağdaş sakinləri saxlanılıb

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, sentyabr ayının 29-da Bərdə rayon sakini M. Məmiyev RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus iribuynuzlu heyvanının oğurlandığını bildirib.
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayon sakinləri, əvvəllər məhkum edilmişlər Rafiq Xəlilov və Nüsrət Hüseynov saxlanılıblar. Onların ümumilikdə vətəndaşlara 5000 manat dəyərində ziyan vurduğu məlum olub. Belə ki, R. Xəlilovun və N. Hüseynovun ətrafında davam etdirilən araşdırmalarla 15 sentyabrdan 1 oktyabradək olan müddət ərzində Ağdaş rayonu ərazisində 16 baş xırda buynuzlu və 3 baş iribuynuzlu heyvan oğurladıqları da müəyyən edilib. Dindirilmə zamanı onlar törətdiyi cinayət əməlini etiraf ediblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.









Redaktorun seçimi